
Bankda mülki müdafiə hazırlğının yoxlanması məqsədi ilə yoxlanış tədbiri keçirildi
ASB Baş ofisində mülki müdafiə hazırlığının yoxlanması və işçilərin fövqəladə hallara hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə yanğın zamanı davranış və təxliyyə üzrə praktik təlim keçirilmişdir.Təlim zamanı binada həyəcan siqnalı verilmiş,şəxsi heyət təyin edilmiş toplanma məntəqəsinə yönləndirilmiş və əraziyə təcili tibbi yardım və yanğınsöndürmə maşını cəlb edilmişdir.
Təlimdə ASB bankın SƏTƏM mühəndisi Kamran Vəliyev və Dreamlandın SƏTƏMM mühəndisi Fuad Əsgərov tərəfindən işçilərə yanğın zamanı davranış qaydaları, yanğınsöndürmə balonlarının təyinatı, istifadəsi və təhlükəsizlik tələbləri barədə ətraflı məlumat verilmiş və işçiləri maraqlandıran suallar cavablandırılmışdır.



