Bank Haqqında
ASB ASC Azərbaycan Respublikasının həm rezident və həm də qeyri-rezidentləri olan fiziki şəxslərə manatla və valyuta ilə hesablaşma-kassa xidməti göstərir və Azərbaycanın maliyyə bazarında mövcud olan bank xidmətlərinin tam kompleksini təqdim edir.
Öz hesabları üzrə fəal əməliyyatlar aparan daimi müştərilər üçün ASB güzəştlər edir. Müştərilərə mövcud tariflər üzrə hesablaşma-kassa xidməti haqqında müqavilə əsasında xidmətlər göstərilir. Bankın çoxlu müxbir əlaqələri vardır və bu da müştəri ödənişlərini tez və keyfiyyətlə həyata keçirməyə imkan verir.