Bank Haqqında

ASB ASC Azərbaycan Respublikasının həm rezident və həm də qeyri-rezidentləri olan fiziki şəxslərə manatla və valyuta ilə hesablaşma-kassa xidməti göstərir və Azərbaycanın maliyyə bazarında mövcud olan bank xidmətlərinin tam kompleksini təqdim edir.

Öz hesabları üzrə fəal əməliyyatlar aparan daimi müştərilər üçün ASB güzəştlər edir. Müştərilərə mövcud tariflər üzrə hesablaşma-kassa xidməti haqqında müqavilə əsasında xidmətlər göstərilir. Bankın çoxlu müxbir əlaqələri vardır və bu da müştəri ödənişlərini tez və keyfiyyətlə həyata keçirməyə imkan verir.

Missiya

  • Müştərilərə yüksək keyfiyyətli xidmətlər təqdim etməklə ölkənin bank sektorunda xidmət keyfiyyəti üzrə lider mövqelərdən birini tutmaq.
  • Ölkə iqtisadiyyatının və bank sektorunun inkişafına dəstək göstərmək, iqtisadi və sənaye layihələrinin maliyyələşdirilməsində fəal rol almaq, yeni bank məhsulları vasitəsilə sektorun inkişafına töhfə vermək.
  • Etibarlı və stabil bank kimi fəaliyyət göstərmək, balanslı və davamlı inkişaf yolu ilə ictimai etimadı gücləndirmək.
  • Dövlətin, səhmdarların və əməkdaşların maraqlarını qorumaq, səhmdarlar tərəfindən müəyyən edilmiş hədəflərin icrasını təmin etmək, qanunvericiliyə riayət etməklə dövlətə, səhmdarlara və əməkdaşlara müvafiq şəkildə vergilər, dividendlər və əməkhaqqı təmin etmək.

Vision

  • Müştərilərə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi
  • Yüksək standartlara riayət edilməsi
  • Etibarlı biznes nüfuzunun formalaşdırılması
  • Güclü maliyyə potensialına malik olmaq
  • Səhmdarlar üçün dəyər yaradan və gəlirli institut olmaq
  • Azərbaycanın aparıcı bankları sırasında ön mövqelərdə yer almaq

Strateji baxış

  • Müştərilərə keyfiyyətli xidmət göstərmək;
  • İqtisadi və sənaye layihələrini maliyyələşdirməklə ölkə iqtisadiyyatının inkişafında aktiv rol oynamaq;
  • Yeni bank məhsulları ilə bank sektorunun inkişafına dəstək olmaq;
  • Sabit və tarazlı inkişaf edərək etibarlı və stabil bank olmaq və bu inamı artırmaq;
  • Səhmdarlar üçün yüksək dəyərə malik və gəlirli bank olmaq;
  • Güclü maliyyə və likvidlik mövqeyini qorumaq;
  • Sabit inkişaf etmək, etibarlı və likvid bank inamını artırmaq;
  • Müştəri məmnuniyyətini təmin etmək;
  • Səmərəli və çevik korporativ idarəetmə və informasiya texnologiyaları sisteminə malik olmaq;
  • Ölkə daxilində və xaricində pozitiv imici gücləndirmək, ictimaiyyət, müştərilər, tərəf-müqabillərlə sağlam münasibətlər qurmaq;
  • Ölkənin aparıcı banklarından birinə çevrilmək.

Etibarlı əməkdaşlıq

Beynəlxalq Biznes Tərəfdaşları

  • Western Union
  • KoronaPay
  • Mastercart
  • SWIFT
  • Visa
  • İntertech

Dəyərlər

  • Məsuliyyət

    Dəyərlər: Qanunlara riayət; Etika; Ətraf mühitin qorunması; Məsuliyyət

  • Ədalət

    Dəyərlər: Dürüst rəqabət; Ədalət və ədalətlilik; Etika

  • Strategiya

    Dəyərlər: Gələcək üçün vizion; İnam; Sevgi və hörmət; Bərabərlik; Mükəmməllik

  • Biz inanırıq ki, nə əkəriksə, onu biçərik

    Dəyərlər: Fəaliyyət; Keyfiyyət; Təşkilatçılıq; Əməkdaşlıq

  • Bilik və bacarıq

    Dəyərlər: Texnoloji bilik və bacarıq; Çeviklik; Komanda ruhu

Müxbir Banklar

Müxtəlif Valyuta növlərində Müştərilərə yüksək keyfiyyətli hesablaşmalar xidməti göstərmək üçün ASB müxbir hesablar şəbəkəsinin genişləndirilməsi sahəsində daim iş aparır. ASB-nin müxbir banklar şəbəkəsinin strukturu beynəlxalq hesablaşmaların fərqli növlərini həyata keçirməyə imkan verir.

Məxfilik üzrə məlumat

İnternet və mobil bankçılıq istifadəsi ilə bağlı şəxsi və ya işgüzar məlumatların qeyd olunması tələb olunarsa, bu qeydiyyat istifadəçinin özü tərəfindən tamamilə öz şəxsi arzusu ilə həyata keçirilir. Şəxsiyyətə dair məlumatlar sizin öz təşəbbüsünüz və razılığınızla qeyd olunur. ASB sizin e-mail ünvanınız və şəxsi məlumatlarınızın heç vaxt Sizin abunə olmadığınız göndərmə sistemlərində istifadə olunmayacağına zəmanət verir.

Auditor Haqqında Məlumat

Bankın maliyyə hesabatlarının auditi kənar auditor "Grant Thornton Azərbaycan" şirkəti tərəfindən həyata keçirilir.

Audit Hesabatı

Tarixçə

  1. Mərkəzi Bankın 28 sentyabr 1996-cı ildə Capital Investment Bank fəaliyyətə başlamışdır

  2. “Azərbaycan Sənaye Sığorta” ASC-ni təsis etmişdir.Bakı Banklararası Valyuta Birjasının (BBVB) üzvü olmuşdur.

  3. Bakı Fond Birjasının təsis edilməsində iştirak etmişdir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvü olmuşdur.

  4. TSE–ISO–EN 9000 şərtlərinə uyğun keyfiyyət nişanı almışdır.

  5. “Azərbaycan Sənaye Lizinq” MMC-ni təsis etmişdir.

  6. Milli Kart MMC-nin təsis edilməsində iştirak etmişdir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı seçilmişdir. Bank ilk bankomat və plastik kartlarını istifadəyə təqdim etmişdir. “Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan” ASC-nin təsis edilməsində iştirak etmişdir. ASB Bank olaraq hüquqi və fərdi müştərilərə bütün növ bank xidmət və məhsullarını təqdim edir.

  7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə üzv olmuşdur. Əmanətlərin Sığortalanması Fonduna üzv olmuşdur.

  8. “İlin İnkişaf edən bankı” mükafatına layiq görülmüşdür.

  9. “Azərbaycan Risk Peşəkarları Assosiyasiyası”nın (ARPA) üzvü olmuşdur.

  10. Bloomberg əməliyyat sisteminə qoşulmuş və valyuta əməliyyatlarını bu sistem üzərindən aparılmasına başlamışdır.

  11. Azərbaycanın ilk taksit kartı “Extra Card” ictimaiyyətə təqdim edilmişdir. Bankın “Baku Card” plastic kart məhsulu “Master Card” tərəfindən “İlin innovativ məhsulu” seçilmişdir. 137 Məlumat Mərkəzi fəaliyyətə başlamışdır

  12. Nəzarət və təhlil imkanları genişləndirilməsi üçün yeni hesabatlılıq sistemi istifadəyə verilmişdir. Mərkəzi Bank tərəfindən ölkədə “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə ikinci yerə layiq görülmüşdür.

  13. Bankın proqram təminatının yenilənməsi, mobil və internet bankçılığın tətbiqi üçün layihə qrupu yaradılmışdır.

  14. Bank yeni - Intervision proqram təminatına keçid etmişdir.

  15. “Western Union” təcili pul köçürmə sistemi ilə əməkdaşlığa başlamışdır. “Super Extra” kart məhsulunu müştərilərə təqdim etmişdir. "Nağdsız ödənişlər üzrə lider bank" nominasiyası üzrə banklar arasında ilk beşliyə daxil olmuşdur.

  16. RBI Vienna tərəfindən Bankımız “STP Quality Award 2018” mükafatına layiq görülmüşdür. Sahibkarlığın İnkişaf Fondu tərəfindən mükafat verilmişdir.

  17. Azərbaycan Banklar Assosiasiyası, Raiffeisen Bank International və Mastercard Beynəlxalq ödəniş sistemi tərəfindən 2023-cü ildə göstərdiyi fəaliyyətlərə görə fərqli kateqoriyalar üzrə nominasiyalara layiq görülmüşdür.

  18. Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2024-cü ildə göstərdiyi fəaliyyətlərə görə “Korporativ Sosial Məsuliyyət” nominasiyası üzrə mükafat alıb. VISA Beynəlxalq ödəniş sistemi tərəfindən 2024-cü ildə birgə əməkdaşlığa görə mükafat alıb.

Banklararası Biznes

Tam adı“ASB” Açıq Səhmdar Cəmiyyəti
Qısaldılmış adı“ASB” ASC
ÜnvanAZƏRBAYCAN, BAKI ŞƏHƏRİ, AZ1045, SURAXANI RAYONU, HÖVSAN SÜDÇÜLÜK SOVXOZU, “XƏYAL ADASI” YAŞAYIŞ KOMPLEKSİ
SWIFT BICCAPNAZ22
Telefon(+994 12) 493 49 49
veb saytwww.asb.az
E-mailinfo@asb.az

Azərbaycan Sənaye Bankı

Ünvan

Azərbaycan, Bakı şəhəri, AZ1045, Suraxanı rayonu, Hövsan Südçülük Sovxozu, “Xəyal Adası” yaşayış kompleksi.

İş vaxtı

I-V günlər09:15 – 17:15

Park Bulvar Filialıhər gün 10:15 - 21:30