Hesablaşma/kassa xidməti

ASB ASC Azərbaycan Respublikasının həm rezident və həm də qeyri-rezidentləri olan fiziki şəxslərə manatla və valyuta ilə hesablaşma-kassa xidməti göstərir və Azərbaycanın maliyyə bazarında mövcud olan bank xidmətlərinin tam kompleksini təqdim edir. Öz hesabları üzrə fəal əməliyyatlar aparan daimi müştərilər üçün ASB güzəştlər edir. Müştərilərə mövcud tariflər üzrə hesablaşma-kassa xidməti haqqında müqavilə əsasında xidmətlər göstərilir.Bankın çoxlu müxbir əlaqələri vardır və bu da müştəri ödənişlərini tez və keyfiyyətlə həyata keçirməyə imkan verir.

  • aşağıdakı sənədləri təqdim etməlidirlər:
  • Hesablaşma hesabının açılması üçün ərizə
  • Şəxsiyyət vəsiqəsi
  • Bank tərəfindən göstərilən əlavə xidmətlər:
  • Pul köçürmələrinin göndərilməsi üzrə sənədlərin rəsmiləşdirilməsi zamanı məsləhət;
  • Müştərinin xahişi ilə hesabın kreditləşdirilməsi haqqında təsdiqedici sənədin benefisiara təqdim edilməsi.
  • Müştəriyə göstərilən hesablaşma xidmətinə aşağıdakı xidmətlər kompleksi daxil edilir:
  • Müştərinin tapşırığı ilə onun hesabından pulun benefisiarın bankına köçürülməsi;
  • Müştərinin hesabı üzrə bütün əməliyyatlar haqqında çıxarışın müştəriyə və ya onun etibar etdiyi şəxsə təqdim edilməsi. Bu məlumat müştəriyə kağız daşıyıcısında verilir.
  • Hesablaşmalar, hesablaşma əməliyyatlarının aparılmasına aid sənəd dövriyyəsi qaydaları haqqında qanunvericilik məsələlərinə dair müştəriyə məsləhət verilməsi