
ASB “Bankçılıq Mükafatları – 2025”də iki nominasiyada mükafata layiq görüldü
ASB Azərbaycan Banklar Assosiasiyasının “Bankçılıq Mükafatları – 2025” çərçivəsində iki nominasiya üzrə mükafata layiq görüldü
ASB olaraq Azərbaycan Banklar
Assosiasiyasının “Bankçılıq Mükafatları – 2025” təşəbbüsü çərçivəsində
“Korporativ sosial məsuliyyət” və “Təhsil dəstəkçisi” nominasiyaları üzrə
mükafata layiq görüldük.
Bu uğur, ASB-nin cəmiyyətə dəyər yaradan
layihələrə, sosial məsuliyyət təşəbbüslərinə və təhsilin inkişafına verdiyi
davamlı dəstəyin göstəricisidir. Bizim üçün bu dəyərlər sadəcə ayrı-ayrı layihələr
deyil, fəaliyyətimizin əsas istiqamətlərini təşkil edir.
ASB olaraq daha dayanıqlı və faydalı nəticələr
yaratmaq məqsədilə eyni məsuliyyət və motivasiya ilə fəaliyyətimizi davam
etdiririk.



